Ərəb Dövlətləri Liqası (ƏDL) Suriya prezidenti Bəşər Əsədə ölkədəki münaqişənin həlli ilə bağlı plan təklif edib. Qətərin paytaxti Dohada 3 saat keçirilən iclasda ƏDL xarici işlər nazirləri və Suriyanın rəsmi nümayəndə heyəti iştirak edib.
SalamNews lenta.ru-a istinadən xəbər verir ki, Qətərin XİN başçısı şeyx Həməd bin Casim əl-Tani deyib ki, plan “müəyyən addımları” nəzərdə tutur. Bunu Bəşər Əsəd qəbul etməlidir. Əgər plan qəbul olunmazsa, digər ərəb ölkələrində baş verənlərdən qaça bilməyəcəyik.
Verilən məlumata görə, plan Suriya nümayəndə heyətinə oktyabrın 31-də təqdim olunacaq.