Berndə İsveçrə parlamentinin binası qarşısında müsəlmanlara qarşı diskriminasiya yol verilməsi və islamofobiya əleyhinə etiraz aksiyası keçirilib.
SalamNews-un ABNA-ya istinadən verdiyi xəbərə görə, İsveçrənin İslam mərkəzinin təşkil etdiyi nümayişdə 2 mindən çox insan iştirak edib. Aksiya zamanı mərkəzin fəalları yaxınlıqda olan şəxslərə İslam haqqında məlumat verib, həmçinin, insanların beynində bu din haqqında əmələ gəlmiş stereotipləri dağıtmağa çağırıblar.
Aksiyada Böyük Britaniyanın keçmiş Baş naziri Toni Blerin islamı qəbul etmiş baldızı Loren But da iştirak edib. Loren But dünyanın ən sivil ölkələrindən olan İsveçrədə hicab taxdığına görə təqiblərə məruz qaldığını bəyan edib.
Nümayiş iştirakçıları İsveçrə hökümətini rasizm və islamofobiyaya qarşı müvafiq tədbirlər görməyə çağırıblar.