Müqəddəs Mədinə şəhərində İslam dəyərlərinin inkişafı və Səudiyyə Ərəbistanında günahın qarşısının alınması Komitəsinin tərkibində fəaliyyət göstərən "dini polis" əməkdaşları Məhəmməd peyğəmbər (s) məscidində Kanadanın şiə mənsəbli din xadimi şeyx Usama Əl-Attaranı həbs ediblər.
SalamNews-un ABNA-ya istinadən verdiyi xəbərə görə, şeyx Usama Əl-Attara Mədinəyə həcc ziyarəti yerinə yetirməyə gəlib və İslam dünyasının ən müqəddəs yerlərinin birində həbs olunub.
Şeyx tutularkən vahabi polislər tərəfindən qəddarcasına döyülüb. Hadsiənin şahidi olmuş müxtəlif ölkələrdən olan onlarla zəvvar şam yandıraraq buna qarşı etiraz aksiyası keçiriblər. Aksiya polis tərəfindən dağıdılıb.
Şeyx Səudiyyə polisinin əlini sındırmaqda ittiham olunur. Şeyx Usama Əl-Attaranın yaxınları isə ittihamları "absurd və yersiz" adlandırıblar.