POPULYARXƏBƏRLƏR

Təbriz məscidlərində Azərbaycan əleyhinə silsilə tədbirlər davam edir

İranın dini rəhbərliyinin təlimatı ilə keçirilən tədbirlərdə Azərbaycanın dövlət quruluşunu və müstəqilliyini təhdid edən fikirlər səsləndirilir

Təbriz şəhərinin dini müəssisələrində İranın ruhani rəhbərliyinin təlimatlarına uyğun olaraq, Azərbaycan əleyhinə tədbirlər davam etdirilir.

APA-nın İran KİV-nə istinadən verdiyi məlumata görə, Şərqi Azərbaycan İslam İnqilabı Mədəni Tədqiqatlar Cəbhəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında islamçılıqla tanışlıq” mövzusunda silsilə yığıncaqlara start verilib. “Xomeyniçilər Azərbaycan Respublikasında” adlı birinci belə tədbir Təbrizin “Ayətullah Taliqani” məscidində keçirilib. Yığıncaqda ekspert Mehdi Nəlbəndi Azərbaycan tarixində İslam və şiəliyin rolu mövzusunu çıxış edərək, Azərbaycanda şiəliyin güclü olmasında İslam inqilabının və İranın keçmiş dini lideri Ayətullah Xomeyninin roluna diqqəti yönəldib.

Yığıncaqda əsas çıxışçı Azərbaycan Respublikasına qarşı ərazi iddiası istiqamətində fəaliyyət göstərən “Aran” Beynəlxalq Mədəniyyət və Tədqiqat İnstitutunun direktoru, “Aran” jurnalının redaktoru Həsən Qulu nitqini Azərbaycanın dövlət quruluşunu və müstəqilliyi təhdid edən fikirlər söyləyib. Azərbaycanı ABŞ və İsraillə əməkdaşlıqda, vəhhabiliyi və sionizmi inkişaf etdirməkdə ittiham edən H. Qulu Azərbaycanda anti-İslam və anti-İran təbliğatının sürətləndiyini də narahatlıq kimi qələmə verib: “İslami oyanış Azərbaycan Respublikasında nə vaxt başlayacaq? Azərbaycan Respublikası ölkəmizə ən yaxın İslam ölkəsi olduğu halda bu oyanışdan niyə bəhrələnə bilməyib? Bu kimi çoxlu sualların həllini tapmamasına səbəb Azərbaycanda camaat və ictimai-siyasi fəalların arasında lazımınca təbliğatın aparılmamasıdır. Azərbaycanın İrandan ayrıldığı iki əsr boyunca bu ölkədə anti-İran və anti-İslam kimi iki proqram yaradılaraq, həyata keçirilib. Sovet İttifaqı zamanı Azərbaycanda coğrafi yerlərin adları dəyişdirilib, Quran əlifbası rus və latın əlifbası ilə əvəzlənib, dil deformasiyaya uğradılıb, anti-İran və anti-İslam məzmunlu filmlər çəkilib, İslam və İranı təhqir edən şerlər yazılıb, tarix saxtalaşdırılıb, kommunistlərin dövründə isə alim və dindarlar öldürülüb, həmçinin Quran oxumağa qadağalar qoyulub. Azərbaycan müstəqillik dövründə də yenə bu iki proqram davam edir və bunun bəzi nümunələrini Azərbaycan Respublikasının İran əleyhinə olan mediasının təhlillərində görmək olar”.

H. Qulu bu xalqın mədəniyyətinin hələ də İran mədəniyyətindən tam ayrılmadığını da qeyd edib. O, Azərbaycan İslam Partiyasının rəhbərlərinin həbsinə də etiraz edib və təklif edib ki, İran əhalisi, o cümlədən təbrizlilər azərbaycanlı islamçılara mənəvi dəstək verməlidirlər.



Yerləşdirilib:31 Oktyabr, 2011  15:43, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com