POPULYARXƏBƏRLƏR

İraq türkmənlərinin nümayəndəsi: “Bizim ürəyimizdə Azərbaycanın çox fərqli yeri var”

“Azərbaycana ana vətən, Türkiyəyə ata vətən kimi baxırıq”

İraqda fəaliyyət göstərən Kərkük Xəbər Agentliyinin təmsilçisi Ersan Sarıkahya APA-ya müsahibə verib.

- İraqdakı Kərkük türkmənlərinin hazırkı durumu necədir?

- Biz 85 il yaşadığımız problemləri, o cümlədən Səddamın zülmünü heç yerdə eşitdirə bilməmişik. Bunun səbəbi isə media embarqosu yaşamağımızdır. Media embarqosu nəticəsində çoxsaylı insanımız boş yerə yox oldu. Onların bir günahı vardı: türk olmaları.

İraq türkmənlərinin ürəyində Azərbaycanın çox fərqli yeri var. Çünki eyni dildə danışmağımız, eyni mədəniyyətin daşıyıcısı olmağımız təsadüf ola bilməz. Biz bir zamanlar o torpaqlara köçmüşük. Amma heç vaxt kimsəyə zərər verməmişik, o torpaqlara yalnız mədəniyyət gətirmişik. Heç bir etnik qrupa qarşı olmamışıq. Amma əvəzində bütün etnik qruplar bizə qarşı daim birləşiblər.

- Kərkük Xəbər Agentliyinin Azərbaycan mediası ilə münasibətləri hansı səviyyədədir?

- Biz İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə ortaq protokol imzalamışıq. Amma çox istərdik ki, digər telekanallar və mətbuat orqanları ilə də çalışaq, əməkdaşlıq edək. Bizim burada söz haqqımız olmalıdır. Biz həmişə Azərbaycana ana vətən, Türkiyəyə ata vətən kimi baxırıq.

- Kərkük türkmənlərinin daha çox hansı problemləri var?

- Səddam Hüseyndən sonrakı vəziyyəti deyəcəyəm. Hazırda məktəb problemimiz var. Uşaqları da, tələbələri də yaxşı məktəblərə qoya bilmirik. Halbuki İraq əhalisinin etnik bölgüsünə görə sayca üçüncüyük. Bizim məktəb, universitet açmaq, öz dilimizdə təhsil almaq haqqımız olmalıdır. Amma bunlar yoxdur. Dövlət bizə lazımınca kömək etmir. Çünki biz orada tərəf tutmamışıq, biz daxili mübarizədə tərəfsiz qaldıq. Türk milləti olaraq yalnız sülh tərəfdarıyıq. Düzdür, İraq parlamentində bizim millətdən olan 10 nəfər millət vəkili var. Amma onları da bağlı qapılar arxasında əzməyə çalışırlar, səsləri yetmir. Millət vəkillərimiz etdikləri az deyil, yenə də ümumi duruma baxanda vəziyyət ürəkaçan deyil. Məsələ burasındadır ki, biz səsimizi dünyaya çatdıra bilmirik. Sayca üçüncü etnik qrup olmağımıza baxmayaraq, bizi eşitmirlər. Çünki xarici mətbuat bizimlə işləmir.

- İraq türkmənlərinin sayı ilə bağlı müxtəlif rəqəmlər səslənir, real say nə qədərdir?

- Bəziləri bizim sayımızı bir neçə min göstərməyə çalışır. Amma 1957-ci ildə rəsmi rəqəmlərlə sayı 1 milyon olan bir toplum o vaxtdan indiyədək azı iki dəfə artmalıdır, yəni 2 milyon olmalıdır. Axı necə bir neçə min ola bilərik? Mümkün deyil. Real rəqəm 3 milyondan çoxdur.



Yerləşdirilib:31 Oktyabr, 2011  15:41, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com