Seyfülislamın Malidə olduğu bildirilir
Liviyanın öldürülmüş diktatoru Müəmmər Qəzzafinin oğlu Seyfülislamın Nigerdən Maliyə qaçdığı haqda məlumat yayılıb. Liviya kəşfiyyatının keçmiş rəisi Abdulla əl Zənussinin də onunla birlikdə Maliyə getdiyi bildirilir. Niger prezidenti Mahamadu Issufunun sözlərinə görə, liviyalılar sərhədi Tuareq tayfası nümayəndələrinin və onlarla mühafizəçinin müşayiətilə keçiblər.Xatırladaq ki, Seyfülislamın Beynəlxalq Cinayət Məhkəməsinin nümayəndələri ilə əlaqə yaratdığı və günahsızlığını sübut etməyə çalışdığı haqda xəbərlər yayılmışdı. Çində səfərdə olan Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Luis Moreno Okampo da Qəzzafinin oğlunun vasitəçiləri sayəsində məhkəmə ilə əlaqə yaradıb və günahsız olduğunu bildirib: “Seyfülislam günahsızlığını sübut etmək niyyətindədir. O, daha sonra necə mühakimə olunacağı ilə maraqlanıb”./azadliq.az/