Qəzza bölgəsində yaraqlılar, İsrailin hərbi hava qüvvələrinin "İslami Cihad" Fələstin qruplaşmasının 5 üzvünü öldürdüyünə cavab olaraq İsrail ərazisinə 12 raket buraxıb.
APA-nın verdiyi xəbərə görə, nəticədə İsrailin Qan-Yavne şəhərinin iki sakini yaralanıb. Raketlərdən biri Aşdod şəhərində avtomobil dayanacağına düşüb və ərazidə yanğın baş verib. Yanğında 5 nəfər xəsarət alıb.
Xatırladaq ki, İsrail ekstremistlərin Aşdod şəhərinin yaxınlığındakı ərazini raket atəşinə tutmasına cavab olaraq Qəzza bölgəsinə hava zərbəsi endirmişdi.