Polşanın Tarixi Abidələrin Bərpası üzrə Emalatxanaları adlı təşkilatı Abşeronda qədim məscidi bərpa edəcək.
Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın Mədəniyyət və Turizm və İqtisadi İnkişaf nazirlikləri Polşanın Tarixi Abidələrin Bərpası üzrə Emalatxanalarını məscidi bərpa etməyə dəvət edib. Səfir ümidvar olduğunu bildirib ki, bu iş bu istiqamətdə atılan ilk addım olacaq.
Qeyd edək ki, Polşa təşkilatı da artıq Azərbaycanda işləmək arzusunu bildirib, noyabrda Bakıda keçirilən 2-ci Polşa Milli sərgisində iştirak edib.