Ərəb dövlətləri liqasının (ƏDL) nazirlər komitəsi Suriya prezidenti Bəşər Əsədi nümayişçilərə qarşı güc tətbiqinə son qoymağa çağırıb. Dəməşqə göndərilmiş təcili müraciətdə qan tökülməsini dayandırmaq tələb olunur.
Müraciətdə Əsəd dinc sakinləri müdafiə etmək üçün tədbir görməyə çağırılır.
Oktyabrın 30-da Qətərin paytaxtı Dohada ƏDL nümayəndə heyəti Suriya rəhbərliyi ilə görüşəcək.