Tunisdə oktyabr ayının 23-də keçirilən parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb. Elan edilən rəsmi nəticələrə görə, seçkilərdə "İslami Oyanış" partiyası (Ən-Nahda) qələbə qazanıb.
(AA)
Ən-Nahda 41.47 faiz səslə parlamentdə 217 yerdən 90-nını əldə edib. Onun əsas rəqibi isə 13.82 faiz səslə Respublika üçün Konqres Partiyası (CPR) olub. Bu partiya parlamentdə 30 yer qazana bilib. Partiyalar sıralamasında üçüncü yerdə sol düşüncəli Ettakatol partiyası durur. Bu partiya isə 9.68 faiz səslə 21 yer əldə edib.
Ən-Nahda partiyası koalisiya hökumətinin yaradılmasını və baş nazirin onların namizədinin olmasını təklif edir.