ABŞ prezidenti Corc Buş müqəddəs Qurban bayramı münasibətilə prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. Bu barədə Prezidentin mətbuat xidmətindən məlumat verilib.
Corc Buş təbrik məktubunda prezident İlham Əliyevə Qurban bayramı münasibətilə ən xoş arzularını çatdırıb: "Ümid edirəm ki, bütün dünyada azadlıq və sülhə nail olmaq məqsədi ilə bu müqəddəs bayram ruhunda birgə əməkdaşlıq edəcəyik. Qoy Allah-təala gələn illər ərzində Sizə və Azərbaycan xalqına bütün işlərdə yardımçı olsun!"