Türkiyənin Van bölgəsində baş vermiş zəlzələ nəticəsində ölən və yaralananların sayı ilə bağlı yeni rəqəmlər açıqlanıb.
APA-nın xəbərinə görə, Türkiyə Nazirlər Kabineti yanında Təbii Fəlakətlər və Fövqəladə Hallar üzrə İdarə oktyabrın 28-si səhər saatlarına olan məlumata əsasən ölənlərin sayının 570 nəfər olduğunu bildirib. Yaralıların sayı 2555 nəfərdir. Dağıntılar altından 187 nəfər sağ çıxarılıb.