Oktyabrın 28-də Azərbaycanın İndoneziyaya yeni təyin olunmuş səfiri Tamerlan Qarayev öz etimadnamələrini İndoneziya prezidenti Susilo Bambanq Yudoynoya təqdim edib
APA-nın xəbərinə görə, Azərbaycan səfiri ilə birlikdə Çexiya, Filippin, Kolumbiya, Tunis və Papua Yeni Qvineya səfirləri də etimadnamələrini təqdim ediblər. İndoneziya prezidenti səfirləri təbrik edərək əmin olduğunu bildirib ki, onlar öz ölkələri ilə İndoneziya arasında münasibətlərin inkişafına çalışacaqlar. Sonra dövlət başçıları səfirlərlə ayrı-ayrılıqda görüşlər keçirib. T. Qarayevlə görüşdə iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.