Zəvvarları Dağıstandan Məkkəyə aparan avtobus qəzaya düşüb
«İnterfaks»ın verdiyi məlumata görə, nəticədə ən azı, 1 nəfər həlak olub, 2 zəvvar yaralıdır. «Avtobus Mədinənin 100 kilometrliyində aşıb. Ola bilsin ki, qəzaya səbəb, sürücünün sükani arxasında yuxulaması olub», - deyə Dağıstan hüquq-mühafizə orqanlarındakı mənbə bildirib./xezerxeber/