İlham Əliyev: “Xanım Begum Nüsrət Bhuttonun vəfatı xəbərini kədər hissi ilə qarşıladım”
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə başsağlığı verib. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, başsağlığı məktubunda deyilir:
“Hörmətli cənab Prezident, Xanım Begum Nüsrət Bhuttonun vəfatı xəbərini kədər hissi ilə qarşıladım. Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!” /anspres/