POPULYARXƏBƏRLƏR

Zilhiccə ayının tarixləri və əməlləri

Artıq mübarək zilhiccə ayına qədəm qoymaqdayıq. Müqəddəs dinimiz bildirilir ki, bu şərafətli bir aydır. Və iman daşıyıcıları tarixən bu ayda çox böyük şövqlə ibadətə doğru yürümüşlər.

AİLƏ SƏADƏTİNİN SİMVOLU



Rəhim və Rəhman Allah insanın ruhi naqislikdən qurtulması, mənəvi kamilliyə çatması üçün xüsusi vasitələr qərar vermişdir. Bunların arasında xüsusi məkanlar, xüsusi zamanlar, şəraitlər də vardır. Məsələn insan müəyyən zamanlarda namaz qılır, oruc tutur – nəticədə çox özünəməxsus bir ruhi tərəqqi əldə etmiş olur. Şəfaət diləmə, təvəssül etmə, ziyarət, həcc – bunların hamısının çox böyük bir hikməti vardır. Qarşıdan gələn zilhiccə ayı məhz belə məqamlarla kifayət qədər zəngindir.

Zilhiccə ayının ilk ongünlüyü fəzilət və bərəkətliliyin zirvəsi olan günlərdir. Əziz Allah Elçisindən (s) rəvayət edilir ki: «Heç bir əyyamda edilən xeyirli əməl və ibadət, Allah Təala dərgahında bu on gündə (zilhiccə ayının ilk ongünlüyü) ediləndən daha sevimli deyildir».

Bu ayın müxtəlif tövsiyə olunmuş əməl və ibadətləri vardır. Sözsüz ki, ilk növbədə qəza oruc və namazlara diqqət yetirilsə, öz vəzifəmizi daha yaxşı yerinə yetirmiş olarıq. Ən əsası isə, əməllərimizin qürbət qəsdi ilə (Allaha yaxınlaşmaq niyyətilə) yerinə yetirilməsinə diqqət verməyimizdir.

Mübarəklik elə ayın ilk günü başlayır - zilhiccənin 1-i mübarək bir tarixdir – hicrətin 2-ci ilində Həzrəti Əli (ə) ilə Xanım Fatimənin (s.ə) izdivacı bu gündə baş vermişdir. Hamımızın qədrini bilməli olduğu bir gündür bu. Niyə? Çünki, həmin gün yaşayış tərzinin, ailə qurulmasının, ailə üzvlərinin bir birinə münasibətinin, qarşılıqlı hörmətin dəqiq islami modelidir. Bu günü qeyd etmək, bu günün duyğuları ilə yaşamaq çox önəmlidir. Çünki, insan bu günə müəyyən münasibət təzahür etdirdikdə istər- istəməz özünü, həyat tərzini, ailə münasibətlərini, həyat yoldaşına, uşaqlara qayğını bu ideala uyğunlaşdırmağa çalışır. Yəni, əgər insan üçün ailə, insanlara münasibət, yaşayış tərzi, ümumilikdə dəyər baxımından Həzrət Əli (ə) ilə Xanım Fatimə (s.ə) simvoldursa, bir nümunədirsə, demək onların ailə qurduqları gün də bu insan üçün ələmətdar bir tarixdir. Özü də elə bir tarix ki, real tərəqqi üçün bir impuls rolunu oynamış olsun.

Bu gün oruc tutmaq çox tövsiyə olunan əməllərdəndir. İslami mənbəyə görə, hətta ilk 9 günü tutulan oruca görə, insana bir ömür tutulan orucun savabın əta edir Mütəal Allah. Eləcə də bu 9 günün hər birinin özünə məxsus zikrləri vardır. Əslində bütün bunlar, insanın daima Allah dərgahında olmasının fərqinə varması üçün bir ilahi lütflərdir.

Təkcə onu qeyd etmək kifayətdir ki, «Tərviyə günü» adlanan 8-ci günün orucunun 60 illik kəffarəni aradan aparmaq qədər fəziləti vardır.

9-cu günə – Ərəfə gününə keçən gecə, 170 ilin ibadətinin savabını verən, tövbələrin qəbul olunduğu, duaların müstəcəb olduğu gecələrdəndir. Ərəfə gününün özünə gəldikdə isə, bu günün fəzilətləri o qədər böyükdür ki, hətta onu bayram kimi qeyd edirlər. Ərəfə günü ibadətə, itaətə dəvət, ruhun pərvazı günüdür, Allahın ehsan günü, iblisin xar, həqir olan, qovulan günüdür.

Ərəfə günündə İmam Hüseyni (ə) ziyarət edə bilən insan, 1000 həcc, 1000 ümrə, 1000 cihadın savabını apara bilər. Həmin gün tövsiyə olunan əməllərdən biri də əsr namazından sonra, Ərəfə duasını oxumazdan öncə 2 rükət namaz qılmaqdır ki, bunu qılan və günahlarını etiraf edərək, məğfirət diləyən insan Ərəfat savabına malik olar və günahları bağışlanar.



HACILARIN SAVABINI VERƏN NAMAZ



Zilhiccə ayının ilk ongünlüyündə hər gün axşam çağı xüsusi bir namazın qılınması məsləhət bilinir. Şam (məğrib) və xüftən (işa) namazları arasında qılınan bu 2-rükətli namazın hər rükətində “Fatiə” və “İxlas” surələrindən sonra Qurani-Kərimin “Əraf” surəsinin 142-ci ayəsi oxunur. İmam Cəfər Sadiqdən (ə) nəql edilən mübarək hədisdə bildirilir ki, Zilhiccə ayının ilk ongünlüyündə bu namazı tərk etməyən insan, hacıların yerinə yetirdiyi həcc əməlinin savabına şərik olur.

Zilhiccə ayının ilk 9 günündə xeyir əməllər yerinə yetirməyin üstünlükləri barədə dinimizdə çoxlu tövsiyələr mövcuddur. Əlbətdə ki, insan bütün il boyu xeyir əməllərə can atmalıdır, lakin bu günlərdə gözəl əməllərin xüsusilə sevilməsi, insanı həmin əməllərə daha da həvəsləndirir, insan gözəl işlərə daha da sövq edilir.

Zilhiccə ayında ən əlamətdar tarix kimi, ayın 10-da müqəddəs Qurban bayramı – mənəvi həcc səfərinin şah zirvəsini sinvolizə edən günün və zilhiccə ayının 18-nin – Qədir-Xum bayramı – Həzrət Əlinin (ə) Allah Rəsulu Həzrət Muhəmmədin (s) canişini və vəsisi elan edilən günün qey edilməsi çox vacibdir. Qədir-Xum bayramı – dinin kamil surətdə qərar verilməsinin rəmzi olaraq çox əhəmiyyətlidir.



Zilhiccə ayının birinci ongünlüyünün tövsiyə olunan digər bəzi əməlləri də var:



- Qeyd etdiyimiz kimi, ayın ilk doqquz gününü oruc tutmaq (bu oruc, bütün ömür boyu tutulan orucun savabına malikdir);

- İmam Cəfər Sadiqdən (ə) nəql edilən duanı «Allahummə həzihil əyyəmul-ləti fəzzaltəhə ələl-əyyəmi və şərraftəhə…» (Allahım! Bu günləri ki, ilin digər günlərindən daha fəzilətli və şərafətli qərar vermisən və məni öz lütv və rəhmətinlə bu günlərin dərkinə nəsib etmisən…), zilhiccə ayının əvvəlindən Ərəfə gününün əsr namazı vaxtına qədər, sübh namazından sonra və şam namazından qabaq oxumaq («Məfatihul-Cinan» dua kitabından);

- Ayın ilk ongünlüyün hər günündə Allah Təalanın Həzrət Cəbrayıl (ə) vasitəsilə Həzrət İsaya (ə) hədiyyə göndərdiyi beş duanın hər birini 10 dəfə oxumaq («Məfatihul-Cinan» dua kitabından);

- Ayın ilk ongünlüyün hər günündə İmam Əlidən (ə) nəql olunmuş təhliyatı («Lə iləhə illəllahla» başlayan zikrləri) 10 dəfə oxumaq.


/Deyerler.Org/



Yerləşdirilib:27 Oktyabr, 2011  15:19, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com