İraq ərazilərində zəvvarlarımızı İraq Respublikasının Müdafiə Nazirliyi, DİN-in təhlükəsizlik qüvvələri və xüsusi təyinatlıları müşayiət edir.
Karvandan Deyerler.org-a verilən məlumata əsasən, İraq baş naziri Nuri Əl-Malikinin əmri ilə zəvvarlarımız xüsusi qoruma ilə mühavizə olunur. Dünəndən (25 oktyabr 2011-ci) Azərbaycan zəvvarlarını hərbi helikopterlər də havadan müşayiət edir. Hətta zəvvarlarımızın qaldığı otellərin qarşısında təhlükəsizliyi qorumaq məqsədi ilə hərbi maşınlar da saxlanılıb.