Ehud Barak: Türkiyə ilə yeni səhifənin zamanıdır
İşğal olunmuş Fələstin ərazilərində qurulan İsrail rejiminin müdafiə naziri Ehud Barak "Türkiyə ilə yeni səhifənin açılmasının vaxtıdır" deyib.(dunyabulteni) Tərəflər arasında əlaqələrin vəziyyətindən narahatlığını ifadə edən Barak, Türkiyə ilə əlaqələrin düzəlməsini istəyib.
Qeyd edək ki, İsrail rejiminin Qəzzaya yardım aparan Türkiyəyə məxsus humanitar gəmiyə hücum etməsindən sonra tərəflər arasında əlaqələr ən aşağı həddə düşüb.