Həcc karvanımızın II qrupunun bu axşam İordaniya Haşimilər Krallığına çatacağı bildirilir
Zəvvarlarımızın 26 avtobusdan ibarət II qrupu müqəddəs Kərbəla şəhərini keçərək İoraniya sərhədlərinə doğru hərəkətdədir. Bu axşam (27 oktyabr 2011) bu qrup zəvvraların İordaniyaya daxil olması gözlənilir.
Hazırda zəvvarlar arasında hər hansı problemləri olan, xəstə yoxdur. Zəvvarlarımız İraqdakı ziyarətlərini gözəl şəkildə başa vurub sağ-salamat İraqı tərk etməkdədirlər. Yolboyu Azərbaycan zəvvarlarını İraqın xüsusi təyinatlıları ilə yanaşı İraqın Müdafiə və Daxili İşlər Nazirliklərinin təhlükəsizlik qüvvələri mühafizə edir.