Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən 40 avtomobildən ibarət maşın karvanı Türkiyənin zəlzələdən zərər çəkmiş Van vilayətinə yola salınıb.
SalamNews FHN-nin saytına istinadən xəbər verir ki, artıq avtomobil karvanı Azərbaycan-İran sərhədini keçib.
Avtomobil karvanı ilə 1000 ədəd çadır (hər biri 24 kv.m) 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2000-dən artıq ədyal təbii fəlakət bölgəsinə çatdırılacaq.