Liviyanın Sirt şəhərində 267 Muammar Qəddafi tərəfdarının meyiti tapılıb.
APA-nın verdiyi xəbərə görə, bu barədə "Əl-Cəzirə" telekanalı xəbər yayıb.
Bildirilir ki, Liviyanın keçmiş liderinin tərəfdarlarını güllələyib və şəhərin ərazisində basdırıblar.
Liviya Milli Keçid Şurası bu cinayəti araşdıracağına və günahkarların cəzalandırılacağına söz verib.
Xatırladaq ki, bir qədər əvvəl Sirt şəhərində yerləşən “Maxari” otelin həyətində qətlə yetirilmiş 56 Qəddafi tərəfdarının meyiti aşkar edilmişdi.