Liviyanın öldürülmüş keçmiş diktatoru Muəmmar Qəzzafinin oğlu Seyfulislam Qəzzafi atasının intiqamını alacağını söyləyib.(AA)

Müxalif qüvvələr tərəfindən cümə axşamı günü öldürülən Muəmmar Qəzzafinin oğlu Seyfulislamın "Ar-rai" televiziyası vasitəsilə səs yazması yayılıb. Səs yazısında Liviyada olduğunu deyən Seyfulislam, "Sonuna qədər müharibə etməyə hazıram. Üsyançılara qarşı müharibəyə davam edəcəyəm" - deyib.