Misir İsrail rejiminə qaz nəqlini bərpa edir. Artıq rejimə qaz nəqlini tam bərpa etmək məqsədilə borulara kiçik həcmdə qaz buraxılaraq, qaz nəqli prosesi test olunub. (presstv)
Misir İsrail rejiminə olan qaz nəqlini bu qaz borusunda baş verən partlayışlardan sonra saxlamışdı. Bu qaz borusu keçmiş Misir diktatoru Hüsnü Mübarəkin devrilməsindən sonra 6 dəfə partladılıb.
Çoxlu sayda fəallar və müxalifət nümayəndələri qaz nəqlinin əleyhinə olduğu bir halda, bəzi tənqidçilər isə sionistlərə satılan qazın qiymətinin çox aşağı olduğuna etiraz ediblər.