Həccə avtobusla yola düşən azərbaycanlı zəvvarların ikinci qrupunun bir hissəsi də artıq İraq ərazilərinə daxil olub. 26 avtobusdan ibarət II qrupun bir neçə avtobusu isə hazırda İran torpaqlarında, İraq sərhədinin 80 kilometrliyindədirlər. Hazırda bu qrup Fərat çayının sahilindəki yanacaqdoldurma məntəqəsində avtobuslara yanacaq doldurmaqdadırlar
Qəbul olunmuş qaydalara əsasən, avtobusların yanacaq çənləri tam doldurulduqdan sonra onlar da İraq sərhədlərinə doğru irəliləyəcəklər. Axşama doğru artıq avtobuslarla müqəddəs səfərə çıxmış zəvvarlarımızın hamısının İraq ərazisində olması gözlənilir.
Qeyd edək ki, Həcc karvanın ilk çıxan 18 avtobusu isə dünəndən (24 oktyabrdan) İraq ərazilərindədir. Onların artıq Nəcəf şəhərindəki müqəddəs məkanlarda olduğu bildirilir.
Xatırladaq ki, builki Həcc mövsümündə Azərbaycandan müqəddəs ziyarətə 44 avtobus olmaqla 1350 zəvvar yola düşüb. Qalan zəvvarlarımız isə 28-31 oktyabr tarixlərində təyyarələrə müqəddəs yolçuluğa başlayacaqlar.