Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Liviyanın cənub-qərbdə Əl-Cəzair və Nigerlə ilə sərhədin yaxınlığındakı səhrada gizlənir. Bu barədə Liviyanın MKŞ nümayəndəsi "Reuters" agentliyinə məlumat verib.
SalamNews xəbər verir ki, o deyib, Seyf əl-İslamın sərhədə qaçmağının Liviyanın yeni hakimiyyəti çətinliklə qarşısını ala bilər. Liviya liderinin oğlunun qaçması ilə ölkənin xüsusi xidmətinin keçmiş şefi, Qəddafi ailəsinin qohumu Abdulla əs-Senussi məşğul olur.
MKŞ nümayəndəsi bildirib ki, o, Əlcəzair və Niger arasındakı sərhəddədir. Buraya nəzarət etmək çətindir. Bunun üçün hərbi təyyarələr lazımdır. Hətta NATO-nun aviasiyası orada fəaliyyət göstərə bilmir. Bu səhralıq rayonudur və müxtəlif çıxış yolları var.