Azərbaycan Milli Məclisində Türkiyədə baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişmiş insanların xatirəsi yad edilib.
APA-nın məlumatına görə, spiker Oqtay Əsədov zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı üzüntü keçirdiklərini söyləyib.
Sonra millət vəkilləri həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qeyd edək ki, oktyabrın 23-də Van vilayətində baş verən 7,2 bal gücündə zəlzələ nəticəsində rəsmi məlumatlara görə, 279 nəfər ölüb, 1300-dən çox insan yaralanıb.