“Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi rəsmi Bakının son illər ərzində regional və qlobal səviyyədə həyata keçirdiyi diplomatiyanın uğurudur”.
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.
Şöbə müdiri bildirib ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin diplomatik səylərinin uğurla nəticələnməsinin bariz nümunəsidir: “Azərbaycan artıq bölgədə lider dövlətdir. Qlobal müstəvidə öz sözünü deyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təmsil olunması, ölkəmizin haqq səsinin dünya birliyinə çatdırılması, Dağlıq Qarabağ problemi və digər mühüm məsələlərin qaldırılmasına imkan yaradacaq”.