Liviya Cəmahiriyyəsinin lideri Müəmmar Qəddafi oktyabrın 25-də sübh tezdən naməlum yerdə dəfn olunub.
APA-nın məlumatına görə, bu barədə Milli Keçid Şurasındakı mənbə bildirib.
Qəddafinin basdırıldığı yer qəbrinin tərəfdarlarının ziyarətgahına çevriləcəyi səbəbindən gizli saxlanılır.
Bir qədər əvvəl Qəddafinin səhrada gizli bir yerdə dəfn olunacağı bildirilib.