Liviyanın Sirt şəhərində yanacaq çəninin partlaması nəticəsində 100-dən çox adam ölüb.
APA-nın “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, Liviya Milli Keçid Şurasının qüvvələrinin komandirlərindən biri Leit Məhəmməd (Leith Mohamed) insident nəticəsində 50-dək insanın yaralandığını deyib.
Qeyd edək ki, Sirt Liviyanın devrilmiş və oktyabrın 20-də öldürülmüş lideri Müəmmar Qəddafinin doğma şəhəridir