Azərbaycan prezidenti İlham Əliyev İzmirə gəlib.
APA-nın Türkiyə müxbiri İzmirdən xəbər verir ki, prezidenti səfərdə sənaye və energetika naziri Natiq Əliyev, nəqliyyat naziri Ziya Məmmədov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, müdafiə naziri, general-polkovnik Səfər Əbiyev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova müşayiət edirlər.
Azərbaycan prezidentini Çiğli aeroportunda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
Qeyd edək ki, Azərbaycan prezidenti və Türkiyənin baş naziri Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının İzmirdə keçiriləcək ilk iclasında iştirak edəcək, ARDNŞ-in yeni neft-kimya müəssisəsinin və Heydər Əliyev adına liseyin təməlqoyma mərasimində iştirak edəcəklər.