“Qarabağdakı işğal mənim azəri qardaşlarımın ürəyini nə qədər dağlayırsa, bilin ki, hər Türkiyə vətəndaşının ürəyini də o qədər dağlayır”
“Qarabağdakı işğal mənim azəri qardaşlarımın ürəyini nə qədər dağlayırsa, bilin ki, hər Türkiyə vətəndaşının ürəyini də o qədər dağlayır. Terror hücumları nəticəsində şəhid olan hər bir gəncimizin acısı bizim ürəyimizi ağrıtdığı kimi, inanıram ki, azəri qardaşlarımın da ürəyini ağrıdır. Biz “bir millət, iki dövlət” olduğumuz qədər, həm də bir ürəyik”. APA-nın Türkiyə müxbiri İzmirdən xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İzmir vilayətinin Əliağa rayonu ərazisində Azərbaycan Dövlət Neft Şirkəti və Türkiyənin “Turcas” şirkətinin birgə inşa edəcəyi neft-kimya müəssisəsinin təməlqoyma mərasimindəki çıxışında deyib. R. T. Ərdoğan bəyan edib ki, Türkiyə Qarabağda işğal bitənə qədər Azərbaycanla çiyin-çiyinə mübarizə aparmağa davam edəcək: “Terrorla mübarizəmizdə səmimi dəstəyinə görə dost, qardaş Azərbaycana təşəkkür edirik”.