Türkiyənin cənub-şərqindəki Van vilayətində oktyabrın 23-də baş verən zəlzələ nəticəsində ölən və yaralananlarla bağlı yeni rəqəm açıqlanıb.
APA-nın xəbərinə görə, Türkiyənin daxili işlər naziri İdris Nail Şahin ölənlərin sayının 265, yaralıların sayının isə 1140 nəfər olduğunu bəyan edib. Dağıntılar altında hələ insanlar qaldığı üçün bu rəqəmlərin daha da yüksələcəyi gözlənilir.
Baş nazirin müavini Bəşir Atalay isə zəlzələdən zərər çəkən bütün qəsəbə və kəndlərə xilasetmə dəstələri və yardımlar göstərildiyini açıqlayıb. O, zəlzələdən zərər çəkənlərin bütün ehtiyaclarının (çadır, qızdırıcı və s.) bu gün tam təmin olunacağını bildirib.
Fəlakətlə əlaqədar Vandakı təhsil ocaqlarında 1 həftəlik tətil elan olunub.