Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyində Krallıq vəliəhdinin vəfatı ilə əlaqədar hüzn mərasimi keçiriləcək.
Səfirlikdən APA-ya bildirilib ki, Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, Müdafiə və Aviasiya naziri, Baş müfəttiş Şahzadə Sultan bin Əbdüləziz Al Saudun vəfatı ilə bağlı 26-28 oktyabr 2011-ci il tarixlərində saat 12:00-15:00 arasında səfirlikdə başsağlığı mərasimi keçiriləcək.
Xatırladaq ki, 83 yaşlı vəliəhd ötən həftə dünyasını dəyişib. O, uzun sürən xəstəlikdən sonra vəfat edib.