islam.az ın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində şəhər mərkəzində binalar uçmuşdur.

Baş nazir Taib Ərdoğan bütün Nazirlər kabinetinin üzvləri ilə birlikdə Vana hərəkət etmişdir. Hələlik ölü sayısı haqqında məlumat yoxdur. Lakin bunun istisna olmayacağından
narahatçılıq vardır. Artıq ölənlər haqqında məlumatlar daxil olmaqdadır.Ərciş adlı qəsəbədə tələbə yataqxanası və 25 bina çökmüşdür. Ölən və yaralananlar vardır.
www.fhn.gov.az ın məlumatına görə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 120 nəfərdən ibarət xilasedici dəstəsi müvafiq avadanlıqlar və xüsusi təlim keçmiş itlərlə 23 oktyabr 2011-ci il tarixində saat 20:00-da zəlzələ bölgəsinə yola düşəcəkdir.