İsrail rejimi gələn həftə Yunan Kiprində hərbi təlim keçirməyə hazırlaşır. Şərq Aralıq dənizidəki kəşfiyyat-qazma işlərinin yaratdığı gərginlikdən sonra İsrail rejiminin Kiprdə keçirməyə hazırlaşdığı təlim gərginliyi daha da artıracaq.
Yunan Kipr mətbuatında çıxan xəbərlərdə deyilir ki, İsrail rejimi təlimi Yunan Kiprindəki "Andreas Papandreu" hərbi bazasında keçirməyi planlaşdırır. Təlimin oktyabrın sonunda reallaşacağı iddia edilir. Ancaq İsrail rejiminin bu təlimə hansı təyyarələrlə və hansı tarixdə başlayacağı barədə Müdafiə Nazirliyindən rəsmi açıqlama verilməyib./salamnews