Türkiyə ordusunun nümayəndələri son 3 gün ərzində Kürd Fəhlə Partiyasının (PKK) 50 terrorçusunu məhv etdiklərini bəyan ediblər. Əməliyyatlara səbəb isə terrorçu qruplaşmanın türk hərbi birləşmələrinə son zamanlar baş vermiş hücumlarına cavab olduğu vurğulanır.
SalamNews-un "Vzqlyada"a istinadən verdiyi xəbərə görə, Türkiyə ordusu terrorçuların mövqelərini artilleriya zərbələrinə məruz qoyub.
Xatırladaq ki, bir neçə gün öncə kürd terrorçularının həyata keçirdikləri hücum nəticəsində 20 türk hərbçisi həlak olub.
Türk hərbçilərinin məlumatına görə, hazırda əməliyyatlar Türkiyə-İraq sərhəddinin hər iki tərəfində aparılır.