Əfqanıstan prezidenti Həmid Qərzay ölkə telekanallarından birinə verdiyi müsahibəsində bildirib ki, ABŞ Pakistana qarşı müharibə etmək istəsə o rəsmi İslamabadı dəstəkləyəcək. Bu bəyanat Əfqanıstanın eks-prezidenti Bürhanəddin Rəbbanin öldürülməsində Pakistan ilə əlaqəli olan "Həkkani" qruplaşmasının əlinin olması bərədə xəbərin yayılmasından sonra səsləndirilib.
"Nə vaxtsa Pakistanla ABŞ arasında müharibə olarsa Əfqanıstan rəsmi islamabadın tərəfində çıxış edəcək", - Qərzay bildirib.
SalamNews-un "Газета.Ru"ya istinadən verdiyi xəbərə görə, əfqan prezident Pakistanın istənilən çətin anında onlara yardım göstərməyə hazır olduqlarını bəyan edib.
"Əfqanlar sizinlədir. Əfqanıstan sizin qardaşınızdır. Əfqanıstan Pakistan xalqının hörmət və qonaqpərvərliyini unutmayacaq. Pakistan öz qardaşını satmaz", - Həmid Qərzay bildirib.