Liviya höküməti Müəmmar Qəddafinin cəsədini qohumlarına təhvil verməyəcək.
SalamNews-un RİA"Novosti"yə istinadən verdiyi xəbərə görə, mətbuat daha öncə yerli hakimiyyətın keçmiş liderin cəsədini təhvil verməyə hazır olduqlarını bəyan edib.
Bildirək ki, Müəmmar Qəddafi müxtəlif məlumatlara görə 1940, yaxud 1942-ci ildə Sirt şəhərinin 30 km-liyində ərəbləşmiş bərbər tayfası olan əl-qəddafa tayfasının bədəvi ailəsində anadan olub.
Hakimiyyət dairələri onun cəsədinin Misrata şəhərində soyuducuda xalqın qarşısına çıxarılacağını bəyan edib.