Cümə günündən etibarən Londonun mərkəzində yerləşən “Müqəddəs Pavl” kilsəsi şəhərdə keçirilən kütləvi nümayişlər səbəbilə qeyri-müəyyən müddətə ziyarətçilərin üzünə bağlanıb.bc
Ölkədə maliyyə institutlarının və hökumətin büdcə qənaəti ilə əlaqədar tədbirlərinə qarşı çıxan nümayişçilər kilsənin qarşısında düşərgə salıblar. Kilsə rahibi Qrem Noulz bildirib ki, kilsənin bağlanması ürək ağrısı ilə olsa da, sırf təhlükəsizlik baxımından həyata keçirilib. Xatırladaq ki, həftənin əvvəli bu kilsənin xidmətçiləri nümayişçilərə dəstək vermişdilər. Bir dəstə nümayişçi kilsəyə yaxınlaşarkən, polis onların qarşısını kəsmişdi. Lakin kilsə xadimləri polislərdən nümayişçilərə mane olmamağı xahiş etmişlər. Onlar etirazçıların kilsə üçün və ətrafda olanlar üçün təhlükə daşımadıqlarını bildirmişlər.
“Müqəddəs Pavl” kilsəsi Cümə ibadətlərindən sonra bağlanmışdır. İkinci Dünya Müharibəsindən bu yana belə hal ilk dəfə baş verir.