Livanın “Hizbullah” təşkilatının lideri Seyid Həsən Nəsrullah İsrail rejiminə ciddi xəbərdarlıq edib.(İHA) O deyib ki, əgər İsrail rejimi ölkələrinə qarşı hücum edərsə, bu, onlara baha başa oturacaq.
Seyid Həsən Nəsrullah yeni bir müharibənin başlayacağı təqdirdə Təl-Əviv şəhərinə girəcəklərini deyib. Məlumatı Livanın "Əl-Əhbar" qəzeti yayıb.