Keçmiş Liviya diktatoru Muəmmar Qəzzafinin həyat yoldaşı Safiyə Qəzzafi ərinin öldürülməsilə bağlı BMT tərəfindən araşdırılma aparılmasını tələb edir.(dunyabulteni)
"Er-ray" televiziyasına verdiyi açıqlamasında Safiyə Qəzzafi 6 ay ərzində 40 ölkənin hücumları qarşısında dayanan əri və oğulları ilə qürur duyduğunu deyib.
Qeyd edək ki, Qəzzafinin həyat yoldaşı və üç uşağı Əlcəzairə sığınıb. Qəzzafinin oğlu Saad isə Nigerdədir.