Keçmiş Liviya diktatoru Muəmmar Qəzzafi ölümündən əvvəl ölkədən ümumilikdə 200 milyard dollar pul çıxarıb.lenta.ru
Bu xəbəri “Los Angeles Times” qəzeti yayıb. ABŞ, Avropa Şurası ölkələri və Liviyanın yeni hökuməti tərəfindən aparılan araşdırılmalar nəticəsində aydın olub ki, Qəzzafi pullarını demək olar ki, dünyanın bütün böyük ölkələrinin banklarına yatırıbmış. Bununla yanaşı, o, ölkədən oğurladığı pulları xaricdə daşınmaz əmlaka və bir neçə xarici proyektlərə yatırıbmış. Qəzzafi hökumətinin devrilməsindən sonra xarici dövlətlər banklarda diktatorun hesablarını dondurmuşdur. Qəzzafinin ölümündən sonra isə həmin dövlətlər ölkədən oğurlanmış pulların Liviyanın yeni hökumətinə qaytaracaqlarını bildirmişlər.