Liviyanı 42 il dəmir yumruqla idarə etmiş və srağagün fiziki-mənəvi işgəncə ilə öldürülmüş Muəmmər Qəzzafidən sonra Liviyanın gələcəyinin necə olacağı suallar doğurur. Bəziləri Liviyanı İraqın aqibəti gözlədiyini iddia edirlər, - "Zaman" xəbər verir.
Bu iddianı ortaya atanlar Liviyanın da İraq kimi enerji resursları ilə zəngin olması və Qərbin bu ölkəni boş buraxmayacağı ilə əsaslandırırlar. Digər qisim müşahidəçilər isə Liviya xalqının etnik baxımdan İraq qədər qarışıq olmamasına əsaslanaraq, bu ölkənin gələcəyi ilə bağlı daha optimistdirlər.
Bu yanaşmalardan asılı olmayaraq, artıq iki gündür ki, Liviya xalqı Qəzzafi rejiminin dağılmasını və polkovnikin fiziki olaraq məhv edilməsini bayram kimi qeyd edirlər.