ABŞ prezidenti Barak Obama PKK-nın Çukurcadakı hücumdan sonra çərşənbə axşamı Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğana zəng vurub. Telefon söhbəti zamanı ABŞ prezidenti bildirib ki, PKK ilə mübarizədə ABŞ-ın verəcəyi dəstəyi müzakirə etmək üçün mütəxəssislərdən ibarət heyət göndərəcək.
SalamNews-un "Hürriyət"ə istinadən verdiyi xəbərə görə, Ağ Ev təmsilcisi Caitlin Hayden deyib ki, Obamanın Ərdoğana başsağlığı vermək və ABŞ-ın türk xalqı ilə birlik içində olduğunu dilə gətirmək üçün ona zəng vurub.
C.Hayden həmçinin vurğulayıb ki, bu yaxında Obama PKK-ya qarşlı mübarizədə ABŞ-ın necə dəstək verəcəyini müzakirə etmək üçün Türkiyəyə mütəxəssis heyəti göndərəcək. O, mütəxəssis heyətinin kimlərdən ibarət olacağını və Türkiyəyə nə zaman gələcəyi barədə dəqiq məlumatın olmadığını söyləyib.