Liviyanın sabiq lideri Qəddafinin qanlı cəsədi Misratdakı ticarət mərkəzində sənaye soyuducusunda tamaşaya qoyulub.
SalamNews-un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, Misrat sakinləri ticarət mərkəzinə uzun növbələrə düzülüblər. İnsanlar "Biz iti görmək istəyirik" şüarlarını səsləndirirlər.
Aralarında uşaqlar da olan ziyarətçilər böyük həvəslə Qəddafi ilə şəkil çəkdirirlər. Sabiq Liviya liderinin bədəni qurşağa qədər çılpaqdır. Sinəsində, qarnında və başında güllə yaraları var.
42 il Liviyaya başçılıq edən Qəddafi Sirt yaxınlığında öldürülüb.