POPULYARXƏBƏRLƏR

AİP meriyanı məhkəməyə vermək qərarına gəldi

Oktyabrın 20-də icra aparatında partiyanın sədr əvəzi Elçin Manafovun, sədrin birinci müavini İnqilab Əhədlinin, sədr müavinləri Rövşən Əhmədovun və Akif Heydərlinin iştirakı ilə toplantı keçirilib. Toplantıda Azərbaycan İslam Partiyasının oktyabrın 10-da Bakı Şəhər İcra Hakimiyyətinə müraciətinə meriyanın oktyabrın 19-da verdiyi cavab müzakirə edilib, bəyanat qəbul olunub.

Akif Heydərlinin “Media forum” saytına verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunda deyilir ki, Azərbaycan İslam Partiyasının üzvlərinin iştirakı ilə yaradılmış təşkilat komitəsinin mitinq keçirmək istəyi “Sərbəst toplaşmaq” haqqında qanunun müəyyən maddələrinə cavab vermir: “Məktubda bildirilir ki, təşkilat komitəsinin təklif etdiyi küçə və prospektlər nəqliyyatın intensiv hərəkət etdiyi ərazilər olduğundan həmin yerlərdə aksiya keçirilməsi mümkün deyil. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti planlaşdırılmış mitinqin keçirilməsini məqsədəmüvafiq hesab etmir”.

Bugünkü toplantıda Bakı Şəhər İcra Hakimiyyətinin 19 oktyabr tarixli məktubuna cavab verilib: “Bizim cavab məktubumuzda “Sərbəst toplaşmaq” haqqında qanunun müəyyən bəndlərinin pozulmadığı bildirilib, aksiyanın mitinq formasında keçirilməsi, onun yeri, vaxtı, iştirak edə biləcək insanların sayı barədə dəqiq məlumat verilib. Həmçinin təşəbbüs qrupuna daxil olan şəxslərin yaşayış ünvanları və sairə məlumatlar məktubda qeyd olunub. Cavab məktubunda bir daha vurğulanıb ki, təşkilat komitəsinin aksiya keçirmək üçün təklif etdiyi yerlər qanunla müəyyən olunmuş ərazilərdir. Həmçinin orada yazılmışdı ki, həmin yerlər müvafiq bilinməsə, təşkilat komitəsi Bakı Şəhər İcra Hakimiyyətinin özünün təklif etdiyi alternativ yerdə də mitinq keçirməyə hazırdır”.

A.Heydərlinin sözlərinə görə, bütün bunlara baxmayaraq Bakı Şəhər İcra Hakimiyyəti təşkilat komitəsinin mitinq keçirmək istəyinə yox cavab verib: “Əlbəttə, biz bunu ilk növbədə ölkə vətəndaşlarının konstitusion hüquqlarının pozulması kimi qiymətləndirir və Bakı Şəhər İcra Hakimiyyətinin həmin qanunu kobud şəkildə pozması kimi dəyərləndiririk. Biz mitinqin məqsədini aydın göstərmişik, meriyanın reaksiyasını başa düşülməyən hal kimi qiymətləndiririk. Bakı Şəhər İcra Hakimiyyəti xalqını sevən, vətənpərvər, vətən torpaqlarının bütövlüyünü istəyən, ölkədə korrupsiya və rüşvətxorluq kimi ölkə taleyini zərbə altında qoyan əlamətlərə qarşı mübarizəyə yox deyir. Əgər belədirsə, ölkə vətəndaşları Bakı Şəhər İcra Hakimiyyəti ilə artıq razılaşdırılmış deyil, razılaşdırılmamış mitinq keçirmək fikrinə düşsünlər. Bu zaman isə müəyyən təxribatlar törədilsin, insanlar təzyiqə və təsirə məruz qalsın”.

Toplantının son qərarı haqqında danışan A.Heydərli əlavə edib ki, təşkilat komitəsi məhkəmə yolu ilə öz konstitusion hüquqlarının bərpasına çalışacaq: “Yaxın müddətdə aidiyyəti üzrə məhkəmələrə müraciət edəcəyik və Bakı Şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkətlərinə son qoyulması üçün mübarizəmizi davam etdirəcəyik”. (faktxeber.com)



Yerləşdirilib:20 Oktyabr, 2011  19:22, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com