Liviya Cəmahiriyyəsinin keçmiş lideri Müəmmar Qəddafi aldığı yaralardan ölüb.

euronews.net xəbər verir ki, bu gün Mili Keçid Şurasının (MKŞ) qüvvələri Müəmmar Qəddafinin doğma şəhəri Sirti tamamilə nəzarətə götürüblər. Daha öncə isə MKŞ səhra komandirlərindən biri Sirt şəhərinin tamamilə ələ keçirildiyini bəyan edib. Eyni zamanda “Əl-Arabiya” televiziyası da M. Qəddafinin öldüyünü və hazırda cəsədinin Misrata şəhərinə aparıldığını xəbər verib.
Xatırladaq ki, Müəmmar Qəddafinin son istehkamlarından olan Bəni-Valid şəhəri də bir neçə gün öncə süqut edib. Bununla yanaşı, ABŞ hərbi əməliyyatlar zamanı yaralanmış şəxslərə tibbi yardım göstərilməsi məqsədilə MKŞ hökümətinə 11 milyon dollar ayırıb.