Fələstinin HƏMAS təşkilatı İsrail rejiminin əsirliyindən azad olunanlara maddi dəstək verəcək. Verilən məlumata görə, hərbi əsirlikdən qayıdan şəxslərə 2 min dollar ödəniləcək.(AA)
Qeyd edək ki, İsrail rejimi ilə HƏMAS arasında əldə olunmuş razılığa əsasən, HƏMAS-ın əsirliyində olan sionist əsgər Gilad Şalitin qaytarılması qarşılığında 1027 fələstinli məhbus azad olunacaq.