İsveçdə buzdan məscid tikiləcək. APA-nın “Qazeta.ru”-ya istinadən verdiyi məlumata görə, ölkənin şimalındakı Yukkasyervidə buzdan inşa olunacaq məscid mövcud kilsə və mehmanxana kompleksini tamamlayacaq.
Bildirilib ki, katolik kilsədə bir çox dini ayinlər yerinə yetirilib, nikah mərasimləri keçirilib və bu xristian əhali tərəfindən çox rəğbətlə qarşılanıb.
İmam Mahmud Aldebenin söylədiyinə görə, ölkədə yaşayan və buraya turist kimi gələn müsəlman əhalinin rəğbətini qazanmaq üçün buzdan məscid yaradılmasına qərar verilib.
İmam onu da əlavə edib ki, məscid ilə kilsənin yanaşı olması müxtəlif dinlər və mədəniyyətlər arasında dialoqun baş tutmasında yeni mərhələ olacaq.