İrandan Azərbaycana qanunsuz keçmək istəyən şəxs sərhədçilər tərəfindən zərərsizləşdirilib
Azərbaycan-İran sərhədində silahlı insident baş verib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.
Hadisə oktyabrın 19-u axşam saatlarında Azərbaycan-İran sərhədinin Biləsuvar rayonu ərazisində qeydə alınıb. İrandan Azərbaycana qanunsuz keçmək istəyən bir nəfər Azərbaycan sərhədçiləri tərəfindən zərərsizləşdirilib. Həmin şəxsin kimliyi məlum deyil.
Faktla bağlı araşdırmalar davam etdirilir.